Növbə Səudiyyəyə çatdı
Bizi izləyin

Dünya

Növbə Səudiyyəyə çatdı

Müsəlman aləmi üçün müqqəddəs hesab olunan Səudiyyə Ərəbistanında da etiraz aksiyaları başlayır.

Publika.az-ın məlumatına görə, oktyabrın 26-da Səudiyyə qadınları etiraz aksiyasına hazırlaşırlar. Bir qrup fəal qadınların avtomobil istifadə etməsinə izacə verilməyən yeganə ölkə olan Səudiyyə Ərəbistanında zərif cinsin mənsublarını bu hüquqlarından istifadə etməyə çağırıb.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən fəallara xəbərdarlıq edilib. Qanunları pozanları ağır cəzalar gözlədiyi bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yüksək Ali Şurasının 1990-cı ildə verdiyi fətvaya görə, qadınların avtomobil sürməsi dinə zidd hesab olunub. Buna baxmayaraq qadınlar tez-tez kütləvi halda sükan arxasına keçərək krallığın qadağalarına meydan oxuyurlar. 2013-cü ilin 26 oktyabrında təşkil edilən aksiyada onlarla qadın həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm