Poroşenkonun məsləhətçisi: “Atəşkəs bizə silahlanmaq üçün lazımdır”
Bizi izləyin

Dünya

Poroşenkonun məsləhətçisi: “Atəşkəs bizə silahlanmaq üçün lazımdır”

“Atəşkəs rejiminin davam etməsi məhz Ukraynaya xeyir verir”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidentinin köməkçisi Yuri Lusenko deyib.

Y.Lusenko qeyd edib ki, ölkənin müdafiə sənayesi müəssisələri Ukrayna ordusuna müasir silahlar çatdırmağa hazırdır və dövlət sifarişini gözləyirlər. “Olkənin şərqindəki atəşkəs rejimi hakimiyyətə silah və hərbi texnikanın istehsalı, həmçinin Qərbdən maliyyə və texniki dəstəyin, o cümlədən yüksək dəqiqlikli cihazlar və məsləhətçilərin alınması üçün lazımdır”, - deyə prezident Pyotr Poroşenkonun məsləhətçisi bildirib.

Qeyd edək ki, Ukraynanın şərqində atəşkəs rejimi Rusiya və ATƏT-in vasitəçiliyi ilə 5 oktyabrda imzalanan Minsk protokolu ilə qüvvəyə minib. BMT-nin məlumatına görə, aprel ayında başlayan əməliyyatlarda 3700-dən çox hərbçi və dinc insan ölüb, 9 mindən çoxu yaralanıb.

Atəşkəs rejiminə bütovlükdə riayət edilir, ancaq tərəflər vaxtaşırı bir-birini onu pozmaqda ittiham edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm