Lavrov: “Bu, Yuqoslaviyanın bombalanmasına gətirib çıxardı”
Bizi izləyin

Dünya

Lavrov: “Bu, Yuqoslaviyanın bombalanmasına gətirib çıxardı”

“ABŞ başqa dövlətlərin daxili işlərinə qarışaraq beynəlxalq sabitliyə zərər verir”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Norveçin “Verdens Gang” qəzetinə müsahibəsində deyib.

“Təəssüf ki, biz ABŞ-ın mənfi cəhdlərini görürük. ABŞ öz reseptlərini digər Qərb dövlətlərinə qəbul etdirməyə çalışır, geosiyasi hədəflərinə çatmaq üçün suveren dövlətlərin daxili işlərinə qarışır. Belə xəttin həyata keçirilməsi Yuqoslaviyanın bombalamalarına gətirib çıxardı, İraqa müdaxiləyə, Liviyaya hücuma, Suriyada qeyri-stabil vəziyyətə səbəb oldu. Bütün bunlar beynəlxalq sabitliyə güclü zərbə vurdu", - deyə rusiyalı nazir vurğulayıb.

Onun sözlərinə görə, müasir dünyanın problemlərinin həlli yalnız beynəlxalq cəmiyyətin kollektiv səyləri ilə mümkündür.

“Biz bütün dövlətlərlə münasibətlərin saxlanılmasına hazırıq. Əlbəttə ki, hüquq bərabərliyi, qarşılıqlı fayda və maraqların qorunması prinsiplərinə əsaslanmalıyıq”, - deyə Lavrov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm