Mister Qleyzerin “təmiz müharibəsi”: Moskvaya qarşı son silah hansıdır?
Bizi izləyin

Dünya

Mister Qleyzerin “təmiz müharibəsi”: Moskvaya qarşı son silah hansıdır?

“Deniel Qleyzer bir döyüşçüdür. O, İran, Şimali Koreya, Kuba, Somali, Sudan, Yəmən və Zimbabvedə, Suriyada və İraqda, bu ilin fevralında isə Rusiyaya qarşı vuruşub”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Almaniyanın “Die Zeit” qəzetinin ABŞ-ın maliyyə nazirinin köməkçisi Daniel Qleyzer haqqında dərc etdiyi məqaləsində yer alıb.

Yazının müəllifləri Kerstin Kolenberq və Mark Şiritsdir. ABŞ-ın Maliyyə Nazirliyində 17 il xidmət edən Qlerzey yuxarıda adı çəkilən ölkələrinin heç birində əlini tətiyə basmayıb. Onun silahı puldur.

“Bu gün beynəlxalq münaqişələr əksər hallarda hərbi metodlarla həll edilmir. Xüsusən, əgər tərəflər nüvə silahına malikdirsə, hərbi metodlar yramır . Bu səbəbdən də döyüşçülərin yeni sinfinə xüsusi əhəmiyyət verilir: bunlar Qleyzer kimi maliyyə müharibələrinin mütəxəssisləridir", - deyə yazıda bildirilir.

Qeyd olunur ki, bu silahın iş prinsplərini daha yaxşı anlamaq üçün Belçikanın La-Yulp şəhərinə yola düşmək lazımdır: “Bu şəhərdə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) yerləşir. Dünyanın 200-dən çox ölkənin 10,5 mindən çox bankı xarici banklara pulu göndərmək üçün SWIFT-dən istifadə edir. Bu banklararası sistemin köməyi ilə 2014-cü ildə 4 milyarddan çox xəbər verilib. Hər bir bank-iştirakçı özünün səkkizrəqəmli kodunu alır. Bu məlumatlara giriş əldə etməklə terrorçuların pulu harada gizlətdiyini öyrənmək olar. Əgər hansısa bir ölkənin sistemə girişi bağlanıbsa, onun iqtisadiyyatını dağıtmaq olar”.

Nyu-Yorkda 2011-ci il 11 sentyabr terror aktlarından cəmi bir neçə gün sonra ABŞ hökuməti lazımi məlumatların verilməsi xahişi ilə SWIFT-in o vaxtkı rəhbəri Lenni Şranka rəsmi sorğu göndərdi. Baxmayaraq ki, SWIFT siyasi göstərişləri yerinə yetirməyə məcbur deyil. İran banklarının SWIFT-ə girişdən məhrum edilməsi Qleyzerin ən böyük müvəffəqiyyəti oldu. Nəticədə bu ölkə ilə beynəlxalq ticarət praktik olaraq sıfra qədər düşdü. Sanksiyalar İran iqtisadiyyatına çox ciddi ziyan vurdu və İran hökuməti danışıqlar stoluna oturmağa məcbur edildi.

D.Qleyzerin özü iddia edir ki, onun apardığı müharibə qurbanlar və dəhşətli səhnələr olmadan keçir. Ancaq Berlində Qlerzerin “təmiz müharibə” haqqında hekayələrinə inanmırlar.

“Qleyzerin silahı mülki əhaliyə dərd gətirə və hətta öldürə bilər. Məsələn, ABŞ-ın Tehrana qarşı sanksiyaları amansızlaşdırması nəticəsində ölkədə dərman vasitələrinin ciddi qıtlığını yarandı, apteklərin qarşısında uzun növbələr yarandı, xərçəng xəstələri lazımı tibbi preparatları ala bimədilər. Ekspertlər isə öz növbəsində bildirirdilər ki, sanksiyalar rejimi zəiflətmədi, əksinə daha da gücləndirdi. Şimali Koreya ilə bağlı da eyni proses baş verdi. Qleyzer ölkənin SWIFT-ə girişini bağladıqdan sonra Pxenyan nüvə silahının ilk sınaqlarını keçirdi və prezident Corc Buş sanksiyaları ləğv etməli oldu”, - deyə “Die Zeit”in yazarları bildirir.

Yazı müəllifləri hesab edir ki, amerikalıların SWIFT sistemindən başqa daha bir silahı var, bu dollardır: “Dünya ticarətinin 80 faizi və valyuta mübadilələrin 90 faizi dolların payına düşür. ABŞ ərazisində hər elektron saziş Amerika valyutası ilə bağlanmalıdır. Dollara girişdən məhrum edilməsi istənilən beynəlxalq bank üçün intihara bərabər olardı. Bunlardan biri Fransanın “BNP Paribas” bankı idi. İranla əməkdaşlıq edən bank dollarla əməliyyat aparmaq hüququndan məhrum edilmiş və sonradan ABŞ-ın xeyrinə 9 milyard dollar cərimə ödəməyə məcbur olmuşdu. Hazırda Qleyzer fikirləşir ki, Rusiyaya qarşı öz silahını necə tətbiq etsin. O, Rusiya iqtisadiyyatını dağıtmaq istəmir, onun hədəfi Rusiya iqtisadiyyatını zəiflətməkdir. Birinci növbədə nüfuzlu Rusiya oliqarxları sanksiyaların ağır nəticələrini özlərinin üzərində hiss etməli və Rusiya prezidentindən uzaqlaşmalıdırlar. Artıq hazırda bir sıra hesablar dondurulub və Rusiya şirkətlərinin dünya maliyyə bazarlarına girişi əhəmiyyətli dərəcədə çətinləşdirilib. Amma Rusiya bankları hələ ki banklararası SWIFT sistemindən istifadə edə bilər. Qleyzer hələ ki bu ekstremal imkandan istifadə etməyib. O, sanksiyaların ağır nəticələrinə dözməyərək Rusiyanın mövqeyini dəyişdirə biləcəyinə ümid edir”, - deyə K.Kolenberq və M. Şirit qeyd edib.

Yazı müəllifləri həmçinin qeyd edir ki, D.Qleyzer Amerikanın maliyyə silahını zəiflətməyə çalışan ölkələr üzərində işləyir. “Məsələn, Çinin Mərkəzi Bankı keçən bazar ertəsi Rusiya ilə istənilən vaxt Çin yuanını rublla dəyişməyə razılaşdı. Rusiyanın əsas bankiri bildirib ki, biz dünya maliyyə bazarlarında amerikalıların hökmranlığını sındırmalıyıq. Mümkündür ki, qızğın silahlanmanın yeni məhrələsi başlandı”, - deyə yazı müəllifləri sonda bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm