Saakaşvilinin partiyası Rusiyaya qarşı etiraz aksiyası keçirəcək
Bizi izləyin

Dünya

Saakaşvilinin partiyası Rusiyaya qarşı etiraz aksiyası keçirəcək

Gürcüstanın əsas müxalifət gücü, sabiq prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” Partiyası Abxaziyanın işğalı və hakimiyyətin fəaliyyətsizliyinə qarşı etiraz aksiyası keçirəcək.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın icraçı katibi Zurab Djaparidze bildirib.

Etiraz aksiyası noyabrın 15-nə təyin edilib. Z.Djaparidzenin sözlərinə görə, Abxaziyanın işğalı və hakimiyyətin fəaliyyətsizliyinə qarşı olan bütün güclər aksiyaya qoşulacaq. O, aksiya ilə bağlı siyasi partiyalar və hərəkatlarla məsləhətləşmələrin davam etdiyini deyib.

Qeyd edək ki, Gürcüstanın şimal-qərbində yerləşən separatçı bölgə 1992-ci ildə gürcü-abxaz münaqişəsi nəticəsində Tiflisin nəzarətindən çıxarılıb. 2008-ci ilin avqust müharibəsindən sonra isə Rusiya separatçı qurumun müstəqilliyini tanıyıb. Amma Abxaziya Rusiya, Nikaraqua, Venesuela, Nauri və Vanuatu istisna olmaqla, bütün dünya dövlətləri tərəfindən Gürcüstanın ərazisi kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm