• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

İranda 26 yaşlı qadın edam olunub

  • Dünya
  • 25 Oktyabr 2014 19:27
  • 1 277 Baxış
İranda 26 yaşlı qadın edam olunub

İranda sabiq kəşfiyyat əməkdaşını öldürməkdə təqsirli bilinən Reyhanə Cəbbari edam olunub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 26 yaşlı qadın Tehran həbsxanalarının birində asılıb. O, 2007-ci ildə İran kəşfiyyatının əməkdaşı Murtəza Abdulali Sarbandini qətlə yetirmək ittiham edilirdi.

Qeyd edək ki, hadisə kəşfiyyat əməkdaşının 26 yaşlı qadını zorlamağa cəhdi zamanı baş verib. Reyhanə Cəbbari özünümüdafiə etdiyini desə də, məhkəmə onun ifadəsini nəzərə almayıb.

Cəbbarininn anası BBC Fars Xidmətinə qızının cəsədini görmək üçün qəbristanlığa getdiyini deyərək edamın icra olunduğunu təsdiqləyib.

BMT-nin heablamalarına görə, İranda hər il 250 adm edam olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR