18 il sonra evinə qayıtdı
Bizi izləyin

Dünya

18 il sonra evinə qayıtdı

ABŞ-da 5 yaşı olanda anası tərəfindən qaçırılan Nathan Slinkard 18 ildən sonra evinə qayıdıb.

ABŞ-da 5 yaşı olanda anası tərəfindən qaçırılan Nathan Slinkard 18 ildən sonra evinə qayıdıb.

ABŞ-ın İndiana əyalətində yaşanan hadisədə vəlayət haqqı atasında olmasına baxmayaraq 5 yaşında anası tərəfindən qaçırılan və Meksikada yaşadığı ortaya çıxan Nathan Slinkard qaçırıldıqdan 18 il sonra atasına qayıdıb.

Nathan Slinkard və bacısı ilə qardaşı anaları tərəfindən 1995-ci ilin oktyabrında qaçırılıb. İllərlə uşaqlarını axtaran ata Stiv Slinkardın səyləri isə nəticəsiz qalıb. Lakin qaçırılan uşaqlardan Nathan keçən həftə Meksikada ortaya çıxıb.

Nathan Slinkard Meksikada ABŞ konsulluğuna gedərək özünü tanıdıb və hekayəsini danışıb. 5 yaşında atasından qaçırılan uşaq düz 18 il sonra 23 yaşında gənc kimi evinə qayıdıb. Digər bacı-qardaşı haqqında danışmayan Nathan Slinkard onların da sərbəst olduqlarını söyləməklə kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm