
Türkiyənin Kastamonu vilayətinin Ağlı mahalında ac qalan ayılar məzarlığa hücum edib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ayılar 50 gün əvvəl dəfn olunan Halil Ünivarın cəsədini məzardan çıxarıb.
Cəsədi səhər saatlarında göbələk toplamağa gedən vətəndaşlar tərəfindən məzardan 2-3 metr aralıda tapılıb. Hadisə yerinə gələn polis protokol tərtib edib. Daha sonra cəsəd yenidən kəfənlənərək dəfn edilib.
Ömər Dağlı