Böyük Britaniya və ABŞ müharibəni rəsmən dayandırdı
Bizi izləyin

Dünya

Böyük Britaniya və ABŞ müharibəni rəsmən dayandırdı

ABŞ dəniz piyada qoşununun bölmələri və Böyük Britaniyanın hərbi kontingenti Əfqanıstanın ərazisində hərbi əməliyyatları rəsmən başa çatdırıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Böyük Britaniya (Qilmend əyalətində “Camp Bastion”) və ABŞ-ın (ölkənin şimal-şərq hissəsində “Camp Leatherneck”) ən böyük hərbi bazaları milli təjlükəsizlik güclərinin nəzarəti altına keçir.

Beynəlxalq kontingentin missiyasının tamamlanması mərasiminin hərbi bazalar qarşısındakı Böyük Britaniya və ABŞ bayraqları endirilib. Əfqanıstanda iki ölkənin hərbi əməliyyatı 13 il davam edib. Bu, müasir tarixdə ən uzun müddət hesab olunur. Döyüş əməliyyatlarında Birləşmiş Krallıq 453 hərbi qulluqçusunu itirib. Əldə olunan razılaşmaya əsasən, Kabulda hərbi akademiyada bir neçə yüz Britaniya təlimatçısı xidmət aparacaq.

Əfqanıstanda ABŞ hərbi qulluqçularının sayı 2015-ci ilin əvvəlinə kimi 9,8 min insana qədər azalacaq. 2016-cı ilin sonuna kimi son Amerika hərbçisi Əfqanıstanı ölkəni tərk edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm