“Exit poll”un nəticələri açıqlandı: Poroşenko liderdir
Bizi izləyin

Dünya

“Exit poll”un nəticələri açıqlandı: Poroşenko liderdir

Bu gün Ukrayna Ali Radasına keçirilən növbədən parlament seçkilərinin ''Exit-poll'' sorğusunun ilkin nəticələri açıqlanıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, “Exit-poll” sorğusuna əsasən Ali Radaya 7 partiya keçib.

Hazırkı nəticələrə görə, prezident Pyotr Poroşenkonun rəhbərlik etdiyi “Pyotr Poroşenkonun Bloku" 23 faiz səslə liderlik edir. “Xalq Cəbhəsi” (21,3 faiz) və “Qarşılıqlı yardım” (13,2 faiz) partiyaları sonrakı yerləri tutur.

Qeyd edək ki, parlament seçkilərində 29 partiya iştirak edib. Ali Radada yer qazanmaq üçün isə 5 faizlik baryeri keçmək lazımdır.

Ömər Dağlıri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm