Metroda görünməmiş hadisə
Bizi izləyin

Dünya

Metroda görünməmiş hadisə

Metroda qatar gözləyən eşitmə və görmə qabiliyyəti olmayan şəxs iki nəfərin hücumuna məruz qalıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə İngiltərədə baş verib. Daniel Vebster və Nial Mattin heç bir səbəb olmadan eşitmə və görmə qabiliyyəti olmayan şəxsi relslərin üzərinə itələyib və yumruqlayaraq platformaya çıxmasına mane olublar. Həmin şəxsə kömək etmək istəyən qardaşını da relslərin üzərinə yıxıblar.

Hadisə metrodakı kameralarda qeydə alınıb. Polisin yaydığı açıqlamaya görə, hücuma məruz qalan şəxslərdən birinin ayağı əzilib və xəstəxanaya yerləşdirilib.

23 yaşlı Vebsterə 22 ay, Martinə 9 ay həbs cəzası verilib.

Videokameradakı görüntülər əsasında həmin şəxsləri tapan Alan Red keçirdiyi mətbuat konfransında, “bu, həyatım boyunca araşdırdığım ən ürəkbulandırıcı işlərdən biri idi. Onlar eşitmə və görmə qüsurlu şəxsə vəhşi kimi hücum ediblər. Həmin şəxsin ölümünə belə səbəb ola bilərdilər” kimi açıqlama verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm