İŞİD tərəfində döyüşən İsrail vətəndaşları
Bizi izləyin

Dünya

İŞİD tərəfində döyüşən İsrail vətəndaşları

Əhməd Şurbacı adlı İsrail vətəndaşı İraq İslam Şam Dövləti terror təşkilatına qoşulmaqda şübhəli bilinib.

Publika.azpzm.co.il” saytına istinadən xəbər verir ki, İsrail xüsusi xidmət orqanı olan “ŞABAK” Şurbacını və Suriyaya getrmək isəyən daha 3 ərəbi izləyib. Onlara təhlükə barədə xəbərdarlıq edib.

Lakin onlar bu xəbərdarlığa məhəl qoymayıblar. Əvvəlcə təyyarə ilə Türkiyəyə uçublar. Oradan isə quru yolla Suriya ərazisinə keçərək İŞİD-ə qoşulublar.

Terror qruplaşmasına daxil olarkən onların pasportları əllərindən alınıb. İŞİD komandirlərindən biri deyib ki, əgər onlar Əsəd qüvvələrinə, yaxud “Hizbulla” döyüşçülərinə əsir düşsələr, İsrail agenti kimi ittiham ediləcəklər.

Şurbaci və dostları İŞİD düşərgələrində hərbi təlim keçdikdən sonra ön cəbhəyə göndəriliblər.

Şurbacinin dediyinə görə müxtəlif obyektləri qoruyub. Lakin İŞİD döyüşçülərinin əsirləri kütləvi edam etməsindən şoka düşüb və Suriyaya gəlməsinə peşman olub. O deyir ki, əvvəllər İŞİD-i sadəcə Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvə hesab edirdi. İndi isə belə düşünmür.

Hər bir halda Əhməd Şurbaci Suriyada “ŞABAK” agentləri ilə əlaqə saxlaya bilib. İsrail xüsusi xidmət orqanları ona geri qayıtmağa icazə veriblər.

Bundan sonra Şurbaci geri qayıdıb. Onun pasportsuz geriyə necə dönməsinın hələlik detalları bilinmir. Fakt odur ki, Şurbacı geri dönərkənb “Ben Qurion” aeroportunda saxlanılıb.

Məhkəmə İsrail vətəndaşı olan Əhməd Şurbacı haqda qərarı 3 noyabrda açıqlayacaq.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm