Poroşenko ilə Yasenyuk yerlərini dəyişdirdi
Bizi izləyin

Dünya

Poroşenko ilə Yasenyuk yerlərini dəyişdirdi

Publika.az “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.

Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi “Xalq cəbhəsi” Partiyası 21,7 faiz səslə liderdir. İndiki nəticələrlə 7 siyasi partiya Ali Radada təmsil olunmaq hüququ qazanır.

Sonrakı yerləri “Pyotr Poroşenkonun Bloku” (21,59 faiz), Lvov merinin “Qarşılıqlı yardım” Partiyası (10,79 faiz), “Müxalifət bloku” (9,62 faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,52 faiz), “Azadlıq” Partiyası (7,52 faiz), sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,81 faiz) tutur.

Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm