İngiltərə o ölkədən tamamilə çıxdı
Bizi izləyin

Dünya

İngiltərə o ölkədən tamamilə çıxdı

Əfqanıstandakı sonuncu İngiltərə hərbi bazası da əfqanlara təhvil verildi.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Əfqanıstanda 13 ildə 453 itki verən İngiltərə ordusu sonuncu hərbi bazasını da əfqan qüvvələrinə təhvil verib.

“Camp Bastion” bazasındakı ABŞ, İngiltərə və NATO bayraqları endirilib. Burada xidmətdə olan personalın da ilin axırına kimi ölkələrinə qayıdacağı bildirilib.

Müharibənin ən şiddətli vaxtında Əfqanıstanda 10 min əsgəri olan İngiltərənin indi bu ölkədə bir neçə yüz nəfərdən ibarət hərbçisi qalıb.

ABŞ isə keçən ay seçilən prezident Əşrəf Qəninin yenilədiyi təhlükəsizlik müqaviləsinə əsasən 10 mindən çox əsgərini burada saxlamaqda davam edir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm