Macarıstan konsulluğunda da “sarı toz” təşvişi
Bizi izləyin

Dünya

Macarıstan konsulluğunda da “sarı toz” təşvişi

İstanbulda “sarı toz” təşvişi davam edir. Cümə günü 5 konsulluğa içində “sarı toz” olan bir zərf göndərilməsinin ardından analoji hadisə bu gün də qeydə alınıb. Naməlum şəxslərin hədəfi bu dəfə Macarıstan Konsulluğu olub.

Publika.az “Aksam.com.tr”yə istinadən xəbər verir ki, İstanbul Valiliyindən verilən açıqlamada 24 oktyabr tarixində Belçika, Kanada, Almaniya, Fransa və ABŞ konsulluqlarına göndərilən içərisində “sarı toz” olan zərfdən Macarıstan Konsulluğuna da göndərildiyi qeyd olunub.

Xatırladaq ki, 24-25 oktyabr tarixlərində Belçika, Kanada, Almaniya, Fransa və ABŞ konsulluğuna zərfiniçərisində göndərilən “sarı toz” həyəcana səbəb olub. Konsulluq binaları boşaldılıb və yoxlamalara başlanıb. Zərfdən çıxan tozun nə olduğu məlum olmasa da, bütün personal binadan təxliyyə olunub. Məlumata görə, ABŞ baş konsulluğuna göndərilən sarı toz maddəsi araşdırımaq üçün Vaşinqtona aparılacaq.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm