Poroşenkonun toxunulmazlığı ləğv edilə bilər
Bizi izləyin

Dünya

Poroşenkonun toxunulmazlığı ləğv edilə bilər

“Pyotr Poroşenkonun Bloku” Ukraynanın yeni Ali Radasında ölkənin ən yüksək vəzifəli şəxslərin, həmçinin prezidentin toxunulmazlığının ləğvi barədə təklif verəcək.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Pyotr Poroşenkonun Bloku”nun rəhbəri Yuri Lusenko bildirib.

“Ukrayna Konstitusiyasına əsasən ölkə prezidenti səlahiyyətlərin icrası müddətində toxunulmazlıq hüququndan istifadə edir. “Pyotr Poroşenkonun Bloku” dövlətin ən yüksək vəzifəli şəxsinin toxunulmazlığının ləğvi üçün səs verməyə hazırdır”, - deyə Yuri Lusenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm