“Ağ Kəfənlilər” İŞİD əmirini və 17 cangüdənini öldürdü
Bizi izləyin

Dünya

“Ağ Kəfənlilər” İŞİD əmirini və 17 cangüdənini öldürdü

Suriyanın Deyr Əz-Zor bölgəsində 100 İŞİD yaraqlısını öldürərək məşhurlaşan “Ağ Kəfənlilər” adlı terror təşkilatı daha bir əməliyyatla gündəmə gəlib. Onlar Mosulda İŞİD əmirlərindən biri olan ƏIbu Hufizəni və 17 cangüdənini öldürüb.

Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, dünən axşam saatlarından Mosulun Baasi məhəlləsində ağ libaslı silahlı bir qrup İŞİD-in şəhərdə olan ən vacib əmirlərindən Əbu Hufizənin evinə basqın edib. Etibarlı mənbələrin verdiyi məlumata görə, təşkil edilən basqında İŞİD əmiri Əbu Hufizə və 17 cangüdəni öldürülüb.

Axşam saatlarında baş verən hücumda iştirak edənlərin hamısının ağ libaslı olduqları qeyd edilib. Toqquşmanın təxminən beş dəqiqə davam etdiyi bildirilib. Daha sonra küçəyə çıxan ağ libaslı şəxslər “İraq və Suriyada dəhşət saçan İŞİD-in sonu ölümdür” deyə qışqıraraq hadisə yerindən uzaqlaşdığı qeyd edilib. Əbu Hufizənin və 17 cangüdəninin öldürülməsindən sonra İŞİD-çilərin Baasi Məhəlləsini tamamilə mühasirə aldığı və bütün evlərdə bir-bir axtarış apardığı bildirilib.

İlk dəfə İraqda özlərini tanıtdılar

Bu yaxınlarda Suriyanın Dəyr Əz-Zor bölgəsində 100 İŞİD yaraqlısının boğazını kəsərək gündəmə gələn və özlərinə “Ağ Kəfənlilər” adı verən terror təşkilatının İŞİD silahlılarını gördükləri yerdə öldürdüyü bildirilib. Etibarlı mənbələrin verdiyi məlumata görə, əvvəl Suriyada özlərini tanıdan terror təşkilatının ilk dəfə İraqda bir sui-qəsd törədiblər.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm