Tunisdə parlament seçkilərinin qalibi müəyyənləşdi
Bizi izləyin

Dünya

Tunisdə parlament seçkilərinin qalibi müəyyənləşdi

Qeyri-rəsmi məlumatlara görə, dünən Tunisdə keçirilən parlament seçkisində “Nida Tunis (Tunisin Səsi)” Partiyası qalib gəlib. Ötən seçkilərin qalibi olan Nahda Hərəkatı isə ikinci yerlə kifayətlənib.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, rəsmi olmayan nəticələrə görə, “Nida Tunis” Partiyası səslərin 38.24%-ni alaraq parlamentdə 83 yer qazanıb. Nahda Hərəkatı isə səslərin 31.33%-ni qazanaraq 68 yerə sahib olub. Ümumilikdə seçkidə seçicilərin 61.8%-i iştirak edib.

Tunis prezidenti Münsif Əl-Mərzukinin “Nida Tunis” Partiyasına hökuməti qurmaq səlahiyyəti verəcəyi gözlənilir. Ancaq partiya parlamentdə çoxluq əldə eləmək üçün koalisiya yaratmaq məcburiyyətindədir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm