“Sarı toz” bu dəfə Ankara Ədliyyəsində - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

“Sarı toz” bu dəfə Ankara Ədliyyəsində - SON DƏQİQƏ

Ankara Ədliyyəsində içində toz olan şübhəli zərf tapılıb.

Publika.az “Yurd” qəzetinə istinadən xəbər verir ki, Belçika, Kanada, Almaniya, Fransa və ABŞ, Macarıstan konsulluqlarından sonra indi də Ankara Ədliyyə binasına “sarı toz” olan zərf göndərilib. Zərfin nə vaxt və kim tərəfindən qoyulduğu ilə bağlı araşdırmalar başlayıb.

Xatırladaq ki, 24-25 oktyabr tarixlərində Belçika, Kanada, Almaniya, Fransa və ABŞ konsulluqlarına zərfin içərisində göndərilən “sarı toz” həyəcana səbəb olub. Konsulluq binaları boşaldılıb və yoxlamalara başlanıb. Zərfdən çıxan tozun nə olduğu məlum olmasa da, bütün personal binadan təxliyyə olunub. Məlumata görə, ABŞ Baş Konsulluğuna göndərilən “sarı toz” araşdırımaq üçün Vaşinqtona aparılacaq.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm