Ebola Afrika ölkələrinin iqtisadiyyatını çökdürür
Bizi izləyin

Dünya

Ebola Afrika ölkələrinin iqtisadiyyatını çökdürür

Qərbi Afrikada yayılmış Ebola virusu bütün ölkə iqtisadiyyatı və turizminə mənfi təsir edib.

Publika.az-ın məlumatına görə, Ebola aşkarlanmayan ölkələrin iqtisadiyyatı da bu xəstəlikdən zərər görüb.

Ölkə rəsmilərinin açıqlamalarına görə, turistlər Keniya və digər Afrika ölkələrinə getməkdə tərəddüd edirlər. Turistlərin bir çoxu xəstəliyin konkret hansı ölkələrdə müşahidə olunması ilə bağlı məlumatlı deyil, ona görə də digər Afrika ölkələrinə də səyahətdən imtina edirlər.

Afrikanın şərqində yerləşən Tanzaniya da Ebola xəstəliyindən zərər çəkən ölkələr sırasındadır. Bu ölkənin də rəsmiləri açıqlamalarında turist sayının azaldığını açıqlayıblar. Turist sayının azalmasına görə, bölgədə 3 kiçik otelin və bir neçə çadır düşərgəsinin bağlandığı bildirilib.

Tanzaniyada ötən ilin yanvar-avqust ayları ilə müqayisədə turist sayı 25 % azalıb. Ölkənin başlıca gəlir sahəsi olan turizmdən 1.8 milyard dollar gəlir əldə edilir.

Ebolaya rast gəlinməyən Uqanda da vəziyyət ürəkaçıcı deyil. Ölkə rəsmilərinin açıqlamalarında son aylar turist sayının azaldığını bildiriblər.

Uqanda ötən il turizmdən 1.4 milyard dollar qazanıb.

Zambia da Ebolaya görə turist axını azalan ölkələrdəndir. Bu ölkənin də rəsmiləri yanlış məlumatların yayılmasının mənfi nəticələrə səbəb olmasından şikayətçidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Eboladan 4922 nəfər ölüb, bunların 4912-si Qərbi Afrika ölkələri (Qvineya, Sierra Leona, Liberiya) payına düşür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm