ABŞ-ın ikinci adamı Türkiyəyə gəlir
Bizi izləyin

Dünya

ABŞ-ın ikinci adamı Türkiyəyə gəlir

ABŞ-ın vitse-prezidenti Co Bayden noyabr ayında Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib. Məlumata görə, Co Baydenin səfəri noyabrın 17-də başlayacaq. Səfər çərçivəsində vitse-prezident Mərakeş, Ukrayna və Türkiyəni ziyarət edəcək.

Co Baydenin Türkiyədə hansı tarixdə olacağı haqqında açıqlama verilməsə də, onun prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, vitse-prezident oktyabrın 4-də Harvard Universitetində etdiyi çıxışında Suriyadakı böhrana görə Türkiyəni və ABŞ-ın bölgədəki digər müttəfiqlərini ittiham etmişdi. "Türkiyə bizim müttəfiqimizdi. Ərdoğanla da çox yaxşı münasibətlərimiz var. Səudiyyəlilər, əmirliklər və sair... Amma onlar nə etdilər? Əsədi devirmək üçün sünni-şiyə qarşıdurması yaratdılar. Əsədlə döyüşəcək hər kəsə 100 milyonlarla dollar və tonlarla silah göndərdilər. Əl Nusra, Əl-Qaidəyə qoşulmaq üçün gələn hər kəsin sərhəddi keçməsinə şərait yaratdılar. Ərdoğan köhnə dostumdu. Mənə dedi ki, "siz haqlısız. Biz çox insanın keçməsinə şərait yaratdıq. İndi sərhədi bağlamağa çalışırıq", - deyə Türkiyə Prezidentini ittiham etmişdi. Türkiyə rəsmilərinin etorazından sonra Co bayden Ərdoğandan üzr istəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm