Girov jurnalist Kobanidən reportaj hazırladı - VİDEO
Bizi izləyin

Dünya

Girov jurnalist Kobanidən reportaj hazırladı - VİDEO

2012-ci ildən Suriyada İŞİD-in girovu olan britaniyalı jurnalist Con Kantli Kobanidən reportaj hazırlayıb.

Pubilika.az-ın məlumatına görə, terrorçular tərəfindən çəkilən videoda jurnalist Kobaninin tamamilə İŞİD-in nəzarətində olduğunu və şəhərdə atışmanın başa çatması xəbərini verir.

“Hazırda Kobanidə nə PKK, nə YPG, nə də Peşmərgə var. Şəhər tamamilə İŞİD-in nəzarətindədi Gördüyünüz kimi şəhərdə sakitlik hökm sürür.” – C.Kantli stendap-ında bildirir.

Çəkilişlərin Türkiyə sərhədi yaxınlığında aparıldığını deyən Kantli odn arxada bir bina üzərində dalğalanan Türk bayrağına işarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm