Poroşenko koalisyon hökumət qurur
Bizi izləyin

Dünya

Poroşenko koalisyon hökumət qurur

Bazar günü keçirilən parlament seçkilərində ən çox səs toplayan Poroşenko bloku koalisiyon hökumət qurmaq niyyətindədi.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti bəyan edib. O deyib ki, bu istiqamətdə danışıqlar 10 gün davam edə bilər.

Prezident qeyd edib ki, baş nazir Arseniy Yatsenyukun Xalq Cəbhəsi Partiyası mühüm partnyor ola bilər.

"Bu 10 gün ərzində Ukraynanın ən yaxşı hökumətini yaratmalıyıq, çünki başqa bir hökumət ölkənin bu gün üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyəcək", o əlavə edib.

Qeyd edək ki, Donbas regionunda rusiyapərəst separatçıların idarə etdiyi Luqansk və Donetskdə, o cümlədən Rusiyanın martda ilhaq etdiyi Krımda seçkilər keçirilmədiyindən 27 parlament yeri boş qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm