Dünya
Ukraynada son nəticələr: liderlərdən biri parlamentdən kənarda qalır
Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə bülletenlərin 83,47 faizi sayılıb.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.
Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq
etdiyi "Xalq cəbhəsi" Partiyası 22,02 faiz səslə liderdir. Sonrakı
yerləri “Pyotr Poroşenkonun Bloku” (21,64 faiz), Lvov merinin
"Qarşılıqlı yardım" Partiyası (10,98 faiz), "Müxalifət bloku" (9,47
faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,46 faiz), sabiq baş
nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,7 faiz)
tutur.
Maydan hərəkatının əsas simalarından olan Oleq Tyaqnibokun “Azadlıq" Partiyası cəmi 4,69 faiz səs qazanaraq parlamentə keçə bilmir.
Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.
Ömər Dağlı
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi