Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub - VIDEO (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub - VIDEO (YENİLƏNİR)

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən "Peqasus" aviaşirkətinə məxsus təyyarənin qaçırılması xəbəri şok effekt yaradıb.

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən "Peqasus" aviaşirkətinə məxsus təyyarənin qaçırılması xəbəri şok effekt yaradıb.


Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus "F-16" qırıcısı dərhal havaya qaldırılıb.

Məlumatlara görə, üzərində partlayıcı qurğu olan bir neçə nəfər təyyarəni Rusiyanın Soçi şəhərinə endirməyə çalışıblar. Lakin təyyarə yerli vaxtla saat 18:05-də İstanbulun Sabiha Gökçen Hava Limanına enib.

Təyyarədə 110 nəfərin sərnişinin olduğu bildirilir.

Xatırladaq ki, hazırda Soçi şəhərində 22-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir. /anspress/

YENİLƏNMƏ:

Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.

Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.

Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.

Nazirlik bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Türkiyənin Doğan Xəbər Agentliyinin xəbərinə görə, təyayrənin pilotlarından biri olan İlyas Karagülle "yaxşıyıq" mesajını verib.

Türkiyənin bəzi KİV-ləri təyyarədəki bomba təhdidçisinin təslim olduğunu, hazırda hüquq-mühafizə orqanlarının təyyarənin içində araşdırma apardığını bildirsələr də, bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm