Kremlin Avropada “beşinci kolon”u və ya Parisin “qərbyönümlü”lüyü
Bizi izləyin

Dünya

Kremlin Avropada “beşinci kolon”u və ya Parisin “qərbyönümlü”lüyü

Rusiya ötən bazar günü Ukrayna Ali Radasına keçirilən seçkilərdə özünü olduqca təmkinli göstərdi. Ukraynada qərbyönümlülər qələbə qazandı, amma Avropa ölkələrinin Rusiyaya qarşı vahid mövqe nümayiş etdirməməsi Moskvanı müəyyən qədər sakitləşdirir.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir qənaətə Fransanın “Liberation” nəşri gəlib.

“Rusiya KİV-inin Ukrayna hakimiyyətinin ünvanına düşmən ritorikasına baxmayaraq, Moskva seçkilərin legitimliyini şübhə altına qoymadı. Kreml anlayır ki, yeni tərkibli Ali Rada olduqca qərbyönümlü olacaq. Hərçənd Moskvanın hədəfləri dəyişməz olaraq qalır: Ukrayna "böyük qardaş"ının təsirindən azad olmamalıdır”, - deyə məqalədə deyilir.

Ukrayna Ali Radasına keçirilən seçkilərə Rusiyanın münasibətinə qısa şəkildə yer verən “Liberation” daha sonra gərginləşən Qərb-Rusiya münasibətləri fonunda bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın Moskva ilə yumşaq münasibətlərinə toxunub: “Məsələn, Macarıstan Putini açıq şəkildə dəstəkləyir, Rusiyanın əsas iqtisadi partnyoru olan Almaniya əsasən barışdırıcı tondan istifadə edir, Fransa isə “Rusiyanı alçaltmaq lazım deyil" tezisini irəli sürür. Fransanı Rusiya ilə ən müxtəlif maraqlar (neft, atom enerjisi, silahlanma və siyasi məsələlər) birləşdirir”.

Yazı müəllifləri qeyd edir ki, Fransa baş nazirinin Parisdəki iqamətgahı yaxınlığında “qəribə” Demokratiya və Əməkdaşlıq İnstitutu (IDC) yerləşir. Burada təşkil olunan dəyirmi masalarda "insan hüquqları", Ukraynadakı hadisələr və ya "seksual inqilab" kimi mövzular müzakirə olunur. “Liberation”un jurnalistləri iddia edir ki, institut dəyirmi masalara fransız siyasətçiləri, biznesmenlər və digər nüfuzlu fiqurları daim dəvət edir və mənşəyi naməlum olan Rusiya mənbələrindən maliyyə alır.

“IDC 2008-ci ildə yaradılan, amma az bir zamanda tanınan çoxsaylı qurumlardan biridir. Məqsədi son illərdə Moskvanın Fransada daha tez-tez üzə çıxan sirli vasitəçiləri ilə əlaqə qurmaq və Putin hakimiyyətini dəstəkləyən ruspərəst əhvali-ruhiyyə nümayiş etdirməkdir”, - deyə məqalədə bildirilir.

Jan-Pyer Şevenmanan 2012-ci ildə Rusiya ilə münasibətlərin inkişafı üzrə xüsusi nümayəndə təyin edilib və indiyə qədər bu vəzifəni tutur. O, sollar arasında Putinin ən məşhur pərəstişkarlarından biridir və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxıb.

"Putin Rusiyası Fransada özünə xeyli tərəfdarı təmin edib. Onlar Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyir və separatçıların bölgədəki cinayətlərinə göz yumurlar. "Rusiya prezidentinin dostları" Putinin "güclü lider" imici ilə ovsunlanıb”, - deyə fransız nəşri sonda qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm