• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Davudoğlu: “Türkiyə Kobaniyə girsə...”

  • Dünya
  • 28 Oktyabr 2014 13:14
  • 634 Baxış
Davudoğlu: “Türkiyə Kobaniyə girsə...”

Türkiyə baş naziri Əhməd Davudoğlu, sadəcə, ictimaiyyətin könlünü xoş etmək naminə Kobaniyə yardım etməyəcəklərini deyib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlu bu sözləri “BBC”yə açıqlamasında deyib.

Davudoğlu Suriya məsələsində birləşdirici bir strategiya tərəfdarı olduğunu deyib. Baş nazir “sərhədlərimiz yaxınlığında Suriya rejimini, İŞİD-i və PKK-nı görmək istəmirik” deyə qeyd edib.

Türkiyənin niyə Kobaniyə müdaxilə etməməsi sualına Davudoğlu belə cavab verib: “Təbii ki, Kobaninin xilas edilməsi üçün hərbi müdaxilə vacibdir. Amma bu hərbi əməliyyatı kim edəcək? Problem bundadır. Beynəlxalq aləmin Türkiyəni günahlandırmasını və Türkiyənin nəsə etməsini gözləməsini görəndə çox təəccübləndim və şok oldum. Öncə Türkiyədən görmək istədikləri addımları konkret olaraq ortaya qoymalıdırlar. Əminəm ki, əgər Türkiyə Kobaniyə hərbi müdaxilə etsə, beynəlxalq qüvvələr bizi sabah tənqid etməyə başlayacaqlar”.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR