Türk Hava Yollarının prezidenti həbs edildi
Bizi izləyin

Dünya

Türk Hava Yollarının prezidenti həbs edildi

Türk Hava Yollarının prezidenti Osman Yıldırım Ankara Polis İdarəsinin əməkdaşları tərəfindən evində həbs edilib.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, polis Türk Hava Yolları tərəfindən istehsal mərhələsində olan “Türkquşu” təyyarəsinin sxeminin sosial şəbəkələrə sızması səbəbindən hərəkətə keçib. Belə ki, Ankara Polis İdarəsinin əməkdaşları bu gün səhər Türk Hava Yollarının baş ofisində və onunla əlaqəsi olan bütün mərkəzlərdə əməliyyat keçirib. Polis aralarında Osman Yıldırımın qohumları da olmaqla 9 nəfəri həbs edib, daha 2 nəfər barəsində axtarış elan olunub. Onların hamısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Əldə edilən məlumata görə, Türk Hava Yollarının nəzdində olan Gökçən Aviasiya İqtisadi Müəssisəsində axtarışlarını davam etdirən hüquq-mühafizə orqanları təyyarə ilə bağlı gizli məlumatları sızdıran şəxs və ya şəxslərlə əlaqədar məlumat toplayır. Məsələ ilə əlaqədar kompüterləri müsadirə edən polislər axtarışlarını Türk Hava Yollarının təyyarə zavodunda davam etdirirlər.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm