• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Poroşenko “Vətən müharibəsi-2014”-də qələbə qazanacağına söz verdi

  • Dünya
  • 28 Oktyabr 2014 13:50
  • 372 Baxış
Poroşenko “Vətən müharibəsi-2014”-də qələbə qazanacağına söz verdi

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü münasibətilə xalqa müraciət edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı 2014-cü ildə vətən müharibəsində də Ukraynanın qələbəsinə inandığını bildirib.

Ukrayna prezidenti 70 il bundan əvvəl babalarının Ukraynanı faşist işğalçılarından azad etdiyini qeyd edib: “Hələ 1939-cu ilin martında - İkinci Dünya müharibəsinin başlanmasına yarım il qalmış ölkəmiz qanlı faciənin nəfəsini hiss etdi. Biz Karpat Ukraynasının müdafiəsi üçün işğalçı qoşunlarla qeyri-bərabər döyüşə girdik. Həmin vaxtdan keçən altı il ərzində Ukrayna iki totalitar rejimin oyunlarının icra olunduğu, xüsusilə sərt və genişmiqyaslı döyüş əməliyyatların aparıldığı döyüş meydanına çevrildi”.

P.Poroşenko bildirib ki, məhz Ukrayna torpağında dünyanın gələcək taleyi həll olunub: “Vuruşan tərəflər, demək olar ki, bütün strateji müdafiə və hücum əməliyyatlarının yarısını Ukrayna ərazisində həyata keçirib. Faşistlərin quru qoşununun altmış faizindən çoxu ölkəmizdə məhv edildi. Doqquz milyon insanımız Qırmızı Ordunun tərkibində düşmənlə döyüşdə iştirak etdi”.

Ukrayna dövlət başçısı ölkənin 70 ildən sonra yenidən müharibə ilə üz-üzə olduğunu, ancaq hazırda müharibənin Qərbdən deyil, Şərqdən gəldiyini vurğulayıb: “Mən 2014-cü il Vətən müharibəsində qələbəmizə qətiyyətlə inanıram. Mənim siyasi-diplomatik planım Donbas hövzəsinə və bütün Ukraynaya sülh gətirəcək”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR