Peşmərgə hava yolu ilə Türkiyəyə gedir
Bizi izləyin

Dünya

Peşmərgə hava yolu ilə Türkiyəyə gedir

Peşmərgə qüvvələri bu gün İŞİD-in hücum etdiyi Kobaniyə getmək üçün yola çıxır.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, 150 nəfərlik peşmərgə ağır silahlarla təchiz edilib. Onlar hava yolu ilə Ərbildən Türkiyəyə geçəcək, Türkiyədən də silahları ilə birlikdə quru yolla Kobaniyə göndəriləcək.

Peşmərgələr iki gün əvvəl yola çıxmaq üçün hazır olub. Ancaq texniki problemlər səbəbindən əməliyyat təxirə salınıb.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRR) parlamenti Kobaniyə peşmərgə göndərilməsi üçün qərar çıxarıb.

Qeyd edək ki, Kobaniyə gedəcək peşmərgə qrupunun kimlərdən ibarət olduğu Türkiyə üçün ən həssas mövzudur. Buna görə MİT (Milli İstihbarət Təşkilatı) İKRR-dən peşmərgələrin siyahısını tələb edib. PKK-dan ayrıldıqdan sonra İKRR-nə sığınan keçmiş PKK-çıların da Kobaniyə girmək ehtimalı olduğundan, siyahıdakı bütün adların bir-bir yoxlanılacağı gözlənilir.

Peşmərgəyə yaxın mənbələrin verdiyi xəbərə görə, Kobaniyə gedən qrup üzvləri “Zərəvani”, “Hezen Taybet” və “Diji” adı verilən peşmərgə xüsusi təyinatlılarının daxilindəki antiterror, həmçinin sui-qəsd, sabotaj, partlayıcı və ağır silah təlimi görmüş İKRR üzvləri arasından seçiləcək.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm