Azərbaycanlı şirkət sahibi İŞİD-çi çıxdı – Həbslər
Bizi izləyin

Dünya

Azərbaycanlı şirkət sahibi İŞİD-çi çıxdı – Həbslər

Rusiyanın Federal təhlükəsizlik Xidmətinin əməkdaşları paytaxt Moskvada genişmiqyaslı əməliyyat keçiriblər.

Axar.az-ın məlumatına görə, əməliyyat eyni zamanda Başqırdıstanın paytaxtı Ufada da aparılıb.

Əməliyyat nəticəsində İŞİD terror təşkilatına yaxınlığı ilə seçilən onlarla şəxs tutulub.

Moskvada keçirilən əməliyyatda isə İŞİD-lə əlaqədə olan və onlara maliyyə yardımı edən 6 azərbaycanlı ələ keçib.

Azərbaycanlıların biri şirkət direktorudur. Onun bir neçə obyektinin olduğu deyilir. Məlumata görə, həmyerlilərimiz də ona məxsus olan və paytaxtın Skotoproqonnıy keçidində yerləşən avtoservisdə saxlanılıblar.

Azərbaycanlıların evlərində aparılan axtarış zamanı külli miqdarda dini ədəbiyyat və müxtəlif ünvanlar, pul köçürmələri olan blanklar da götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm