• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dünya əhalisinin sayı nəzarətdən çıxıb – ekspertlər

  • Dünya
  • 28 Oktyabr 2014 15:30
  • 557 Baxış
Dünya əhalisinin sayı nəzarətdən çıxıb – ekspertlər

Dünya əhalisinin sayı ilə bağlı həyəcan təbili çalınır. Avstraliyanın Adelaida Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, Yer kürəsində əhalinin sayı XXI əsrin sonunda 8 milyarddan 10 milyarda çatacaq. Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, artıq dünya əhalisinin artımı tamamilə nəzarətdən çıxıb. Hətta o səviyyəyə çatıb ki, üçüncü dünya müharibəsi də onu tənzimləyə bilməz.

Professor Kori Bredşounun bildirdiklərinə görə, dünya əhalisinin bu qədər sürətlə artımı qida çatışmazlığı və qlobal iqlim dəyişikliyinə səbəb olacaq.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR