• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Radikal millətçilər Ukrayna parlamentindən kənarda qalır

  • Dünya
  • 28 Oktyabr 2014 15:58
  • 218 Baxış
Radikal millətçilər Ukrayna parlamentindən kənarda qalır

Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə bülletenlərin 87,12 faizi sayılıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.

Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası 22,1 faiz səslə liderdir. Sonrakı yerləri “Pyotr Poroşenkonun Bloku” (21,7 faiz), Lvov merinin "Qarşılıqlı yardım" Partiyası (10,92 faiz), "Müxalifət bloku" (9,42 faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,48 faiz) və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,7 faiz) tutur.

Maydan hərəkatının əsas simalarından olan Oleq Tyaqnibokun “Azadlıq" Partiyası hazırkı nəticələrə görə 4,68 faiz səs qazanaraq parlamentə keçə bilmir.

Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR