Putini “qara siyahı”ya saldılar, məhkəmə qarşısına çıxarıldılar
Bizi izləyin

Dünya

Putini “qara siyahı”ya saldılar, məhkəmə qarşısına çıxarıldılar

Finlandiya polisinin üç əməkdaşı Rusiya Federasiyası prezidenti Vladimir Putini səhvən “qara siyahı”ya daxil etdiyi üçün məhkəmə qarşısında cavab verəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prokurorluq polisləri məxfi reyestr üzərində nəzarət zamanı səhlənkarlıqda ittiham edib.

İttiham olunanlardan ikisi rəhbərlikdə təmsil olunur, biri isə adi polis işçisidir. Polislər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər.

Xatırladaq ki, 2013-cü ilin əvvəlində Finlandiya “MTV3” telekanalı məlumat verərək bildirmişdi ki, Rusiya prezidentinin adı “Gecə canavarları” bayker dəstəsi əlaqələrinə görə “qara siyahı”ya salınıb. Rusiya prezidenti Finlandiya ərazisində törədilən hər hansı cinayətdə ittiham olunmasa da, adı siyahıdan çıxarılmayacağı təqdirdə Finlandiya sərhədində həbs oluna bilərdi.

Finlandiyanın daxili işlər naziri də baş verənlərə görə Putindən üzr istəyib və onun adının siyahıya necə düşdüyünü araşdıracağına söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm