Separatçılardan SSRİ xalq artistinə “fəxri konsul” vəzifəsi
Bizi izləyin

Dünya

Separatçılardan SSRİ xalq artistinə “fəxri konsul” vəzifəsi

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu SSRİ xalq artisti İosif Kobzonu “DXR”in Rusiya Federasiyasında fəxri konsulu təyin edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “DXR”in “baş naziri” Aleksandr Zaxarçenko bildirib.

A.Zaxarçenkonun sözlərinə görə, İ.Kobzon “DXR” məktəbləri üçün çatışmayan dərsliklərin siyahısını tərtib etməyi xahiş edib və 3-4 gün ərzində problemi həll edəcəyinə söz verib.

Qeyd edək ki, İ.Kobzon Donetsk vilayətinin Çasov Yar şəhərində doğulub. Donetskdə onun şərəfinə heykəli ucaldılıb. O, Donetsk, Slavyansk, Makeyevka, Kramatorsk, Artemovsk və Qorlovka şəhərlərinin fəxri vətəndaşıdır.

Ukraynanın Dnepropetrovsk şəhər şurası isə SSRİ xalq artistinin Dnepropetrovskun fəxri vətəndaşı adından məhrum edib. Artistə Dnepropetrovsk şəhərinin fəxri vətəndaşı adı 1995-ci ildə verilmişdi. Deputatlar həmçinin Kobzonun ifasında şəhər himninin səsləndirilməsinə qadağa qoyub. Artist özü bu qərarın gözlənilən olduğunu və buna sevindiyini deyib: “Dnepropetrovsk şəhərini idarə edən indiki hakimiyyətə nifrət edirəm”.

SSRİ xalq artisti ötən həftə Donetsk vilayətinə səfər edib. Burada konsert verən Kobzon “DXR” üçün yazılan “dövlət himni”ni ifadə edib. Konsertin sonunda A.Zaxarçenkonu səhnəyə dəvət edən Kobzon onunla birlikdə “Mən səni sevirəm, həyat!" mahnısını oxuyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm