Sergey Markov: “Ermənistan Qarabağ üçün “böyük güzəşt”ə yaxındır”
Bizi izləyin

Dünya

Sergey Markov: “Ermənistan Qarabağ üçün “böyük güzəşt”ə yaxındır”

“Soçi, Uels və Paris görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi sürətlənə bilər. Xüsusilə, Moskva bunun baş verməsinə çalışacaq”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.


S. Markov Rusiyanın hazırda dirənmiş münaqişəni yerindən tərpədə biləcəyini hesab edir. Onu fikrincə, bu prosesdə ən maraqlı tərəf Azərbaycandır:

“Bu ölkənin daxili vəziyyəti olduqca yaxşıdır və onlar əsas diqqəti ərazi bütövlüyünün bərpasına yönəldib. Bu baxımdan, Bakının münaqişənin həlli istiqamətində fəallığı gözləniləndir. Ermənistanda isə daxili sabitlik və sosial inkişaf olduqca zəifdir. Yerevan bu münaqişənin onu inkişafdan saxladığını anlayır. Buna görə də müəyyən müddətə də olsa, “böyük güzəşt” baş verə bilər. Prosesin “ölü nöqtədən” çıxmasına çox yaxınıq. İndiki status-kvo prosesi bir qədər zəiflədir. Bu 20 il öncə qəbul edilib, lakin o vaxtdan vəziyyət çox dəyişib. Azərbaycan da güclü dövlətə çevrilib. Ermənistan iqtisadi blokadadan çıxmaq istəyirsə, mütləq güzəşt etməlidir. Ən azından yeddi rayonun beşini qaytara, qarşılığında Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına nail ola bilər. Bundan sonra Dağlıq Qarabağın statusu haqqında danışmaq, eləcə də xüsusi rejimdə olan Laçın və Kəlbəcərin taleyini həll etmək olar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm