Türkiyə qırıcıları Şimali İraqa uçdu
Bizi izləyin

Dünya

Türkiyə qırıcıları Şimali İraqa uçdu

Türkiyə Ali Baş Qərargahı , Hərbi Hava Qüvvələri Komandanlığına aid dörd ədəd RF-4E kəşfiyyat qırıcısının İraqın şimalındakı PKK terror təşkilatına qarşı kəşfiyyat xarakterli uçuş həyata keçirdiyini bəyan edib.

Publika.az “Sabah” istinadən xəbər verir ki, Türkiyə Ali Baş Qərargahının internet saytından verilən açıqlaya görə, Hərbi Hava Qüvvələri Komandanlığına aid dörd ədəd RF-4E kəşfiyyat qırıcısı ilə İraqın şimalındakı PKK terror təşkilatına qarşı kəşfiyyat xarakterli uçuş həyata keçirib.

Xatırladaq ki, Türkiyənin Şırnak vilayətində hərbi-polislər tərəfindən təşkil edilən əməliyyatda PKK-nın gənclər təşkilatı olaraq tanınan Yurdsevər İnqilabçı Gənclik–Hərəkatı (YDG-H) üzvlərinə aparılan 15 “Kalaşnikov” avtomatı ələ keçirilib.

Belə ki, silahların yükləndiyi avtomobili izləyən hərbi-polis əməkdaşları daha sonra avtomobili dayandıraraq axtarışa başlayıblar. Avtomobilin gizli yerlərində aparılan 15 avtomat müsadirə edilib. Hadisə ilə əlaqədar bir nəfər yaxalanıb, istintaq başladılıb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm