Türkiyədə növbəti “Gəzi problemi” yaranır – OLAY
Bizi izləyin

Dünya

Türkiyədə növbəti “Gəzi problemi” yaranır – OLAY

Türkiyədə xalqı Gəzi parkından sonra indi də Validəbağ parkını qorumağa iddialıdır.

Publika.az xəbər verir ki, İstanbulun Üsküdar səmtində yerləşən Validəbağ parkının yanında tikintiyə sərt reaksiya göstərən 30 nəfər soyuq hava və yağışa rəğmən gecə-gündüz növbə parkı buldozerlərdən qoruyurlar. İnsanların bəziləri vedrə içində alov qalayaraq isinməyə çalışır, bəziləri çay, qəhvə içərək polisləri gözləyir.

Lakin bir neçə dəqiqə əvvəl sükut pozulub. Belə ki, parkı dağıtmaq üçün əraziyə çoxlu sayda polis və su vuran “TOMA”lar cəlb edilib. Hal-hazırda mülki insanlarla polislər arasında toqquşma davam edir. Polis gözyaşardıcı qazdan, dəyənək və rezin güllədən də istifadə edib.

Xatırladaq ki, 2012-ci ilin mart-iyun aylarında İstanbulun Taksimdə yerləşən Gəzi parkının uçurulub yerində alış-veriş mərkəzinin tikilməsinə sərt reaksiya verilmişdi. O vaxtkı baş nazir R.T.Ərdoğan həmin ərazidə məscid də tikiləcəyini vəd etsə də kütlə sakitləşməmişdi. Nəticədə Gəzi parkı dağıdılmaqdan xilas edildi. Lakin bu onlarla vətəndaşın ölümü və yüzlərlə insanın yaralanması bahasına başa gəldi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm