Peşmərgə gücləri Kobaniyə yola düşdü
Bizi izləyin

Dünya

Peşmərgə gücləri Kobaniyə yola düşdü

Şimali İraq regional kürd rəhbərliyinin Kobaniyə göndərəcəyi peşmərgə gücləri Ərbildən yola düşüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyə saatı ilə 13.45-də Ərbildən yola çıxan peşmərgə karvanında təcili yardım avtomobilləri və hərbi texnika var.

Habur sərhəd keçid məntəqəsindən Türkiyəyə daxil olacaq peşmərgə gücləri Şırnak vilayətinin Silopi və Cizrə mahalları, Mardin vilayətinin Nuseyb və Kızıltəpə mahallarını keçdikdən sonra Şanlıurfanın Suruç mahalına gedəcək və buradan Kobaniyə keçəcək.

Məlumata görə, peşmərgə kolonunda uzun məsafəli top, zirehli və nəqliyyat texnikası, yük və təcili yardım avtomobilləri var.

Son məlumata görə, peşmərgə gücləri indiki dəqiqələrdə Türkiyə sərhədini keçir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm