Ərdoğandan “Süleyman Şah” mesajı
Bizi izləyin

Dünya

Ərdoğandan “Süleyman Şah” mesajı

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Suriyadakı “Süleyman Şah” türbəsini mühafizə edən əsgərlərə 29 oktyabr Cümhuriyyət Günü münasibətilə mesaj göndərib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Çankaya Köşkünün rəsmi internet səhifəsində deyilir.

"Heç bir təhdidə və təhlükəyə boyun əymədən vətən torpağımızı, ay-ulduzlu bayrağımızı və Osman Qazinin babası olan mərhum Süleyman Şahın türbəsini qəhrəmanlıqla qoruyan mehmetçilərimizlə millət olaraq fəxr etdiyimizi təkrar xatırlatmaq istəyirəm. Yenə bu gün bir dəfə daha xatırlatmaq istəyirəm ki, vətən torpağımıza, ay-ulduzlu bayrağımıza, əsgərlərimizə və Süleyman Şahın əziz xatirəsinə qarşı hər bir hücum qarşısında Türkiyə Cümhuriyyəti bütün gücü ilə yanınızda olmaqda davam edəcək. Bilin ki, əziz millətimizin duaları sizlərlə birlikdədir”, - Ərdoğanın mesajında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm