Gürcüstan prezidenti Putinlə görüşmək üçün şərtlərini açıqladı
Bizi izləyin

Dünya

Gürcüstan prezidenti Putinlə görüşmək üçün şərtlərini açıqladı

Gürcüstan prezidenti Georqi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Publika.az gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidentinin özü “Rustavi-2” telekanalının efirində deyib.

"Mən Rusiya və Gürcüstana aid mövzuların müzakirəsi üçün Rusiya prezidenti ilə görüşməyə hazıram. Biz Rusiyaya ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqilliyi şərti ilə mehriban və dostluq münasibətlərini təklif edirik", - deyə G.Marqvelaşvili bildirib.

Bundan əvvəl isə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, əgər Tiflisdən siqnal daxil olarsa, Putin gürcü həmkarı ilə görüşməyə hazırdır. Bu ilin fevralında V.Putin Gürcüstan prezidenti ilə görüş mümkünlüyünü istisna etməmişdi. Gürcüstan prezidenti isə Putinin bəyanatına cavab olaraq bildirmişdi ki, görüş üçün əsaslı hazırlıq lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm