Prezident Ebolaya yoluxmuş tibb bacısına zəng etdi
Bizi izləyin

Dünya

Prezident Ebolaya yoluxmuş tibb bacısına zəng etdi

ABŞ prezidenti Barak Obama Texas ştatında Ebola diaqnozu qoyulan ikinci tibb bacısı 29 yaşlı Amber Vinson xəstəxanadan çıxdıqdan sonra ona zəng edib.

Publika.az xəbər verir ki, eyni zamanda Amerika prezidenti keçən həftə Ebola xəstəliyindən sağalan tibb bacısı Ninan Phamla da əlaqə saxlayıb.

Prezidentin sözlərinə görə, hər iki tibb bacısı yaxşı olduğunu deyib.

Barak Obama deyib ki, Amerikalıların Ebola xəstəliyinə yalnız iki adamın yoluxduğunu və onların hər ikisinin indi sağaldığını yadda saxlaması vacibdir.

ABŞ prezidenti epidemiyanın başladığı Qərbi Afrikada xəstəliyin yayılmasının qarşısının alınmasının vacibliyini də vurğulayıb. O, Ebola xəstəliyinin qarşısının alınacağını və onunla mübarizədə qələbə əldə ediləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm