Kristof de Marjeri dəfn olundu
Bizi izləyin

Dünya

Kristof de Marjeri dəfn olundu

Moskvada təyyarə qəzasında həlak olan Fransanın "Total" neft şirkətinin keçmiş prezidenti Kristof de Marjeri ötən gün dəfn olunub.

Publika.az-ın TASS-a istinadən verdiyi məlumata görə, de Marjeri Saint-Pierre-sur-Mer şəhərindəki ailə qəbristanlığında basdırılıb. Mərasimdə təxminən 200 nəfərin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, Total prezidentinin təyyarəsi oktyabrın 21-də Moskvanın “Vnukovo” aeroportunun uçuş zolağında qartəmizləyən maşınla toqquşdu. Nəticədə təyyarənin 3 heyət üzvü və 1 nəfər sərnişin - Kristof de Marjeri həlak oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm