Dünya
“Poroşenkonun Bloku” fərqi azaldır
Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə bülletenlərin 97,79 faizi sayılıb.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.
Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq
etdiyi "Xalq cəbhəsi" Partiyası 22,18 faiz səslə liderdir. Sonrakı
yerləri “Pyotr Poroşenkonun Bloku” (21,82 faiz), Lvov meri Andrey
Sadovoyun "Qarşılıqlı yardım" Partiyası (11,01 faiz), "Müxalifət
bloku" (9,35 faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,44 faiz)
və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,69
faiz) tutur.
Maydan hərəkatının əsas simalarından olan Oleq Tyaqnibokun “Azadlıq" Partiyası hazırkı nəticələrə görə 4,72 faiz səs qazanaraq parlamentə keçə bilmir. Digər siyasi güclər isə daha aşağı göstəricilərə malikdir.
Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.
Ömər Dağlı
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO