Yanukoviçin silahdaşı seçkiləri tanımadı
Bizi izləyin

Dünya

Yanukoviçin silahdaşı seçkiləri tanımadı

“Ukraynanın Ali Radasının yeni tərkibi legitim hesab oluna bilməz”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna Radasının keçmiş deputatı, Regionlar Partiyasının nümayəndəsi Oleq Tsaryov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ali Radaya keçirilən seçkilər Ukrayna Konstitusiyasının kobud pozuntusudur. Separatçıları dəstəkləyən siyasətçi əmindir ki, Ukrayna prezidenti Pyotr Poroşenko seçkilərdə qarşıya qoyduğu əsas hədəfinə çatmadı: “Pyotr Poroşenko Ali Radada əksəriyyəti formalaşdırmaq istəyirdi. Lakin o, buna nail ola bilmədi. Bu, ilk növbədə baş nazir Arseniy Yasenyukun rəhbərlik etdiyi “Xalq cəbhəsi”nin gözlənilməz uğuru ilə bağlıdır”.

O.Tsaryov hesab edir ki, Poroşenko amerikalıların təzyiqi altında ”Xalq cəbhəsi”nin liderini baş nazir təyin etməli olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm