Ərdoğandan mədən faciəsi ilə bağlı göstəriş
Bizi izləyin

Dünya

Ərdoğandan mədən faciəsi ilə bağlı göstəriş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Karaman vilayətinin Ermenek rayonunda baş verən mədən qəzası nəticəsində yerin altında qalan insanların xilas edilməsi ilə bağlı göstəriş verib.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, prezident Ərdoğan məsələ ilə əlaqədar Karaman valisi Murad Qocaya zəng edib. Prezident telefon danışığı zamanı Karaman valisinə bütün imkanların səfərbər edilməsi təlimatını verib.

Xatırladaq ki, dünən axşam saatlarında Karaman vilayətinin Ermenek rayonu yaxınlığında yerləşən kömür mədənində uçqun olub. Qəza nəticəsində su borusu zədələnib. Nəticədə şaxtanın 50 metrlik hissəsi su altında qalıb. Hadisə zamanı şaxtada 40-dək fəhlə olub, onların əksəriyyəti xilas ola bilib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm