Hərbi ekspert: “Rusiya Luqanska qoşun toplayır”
Bizi izləyin

Dünya

Hərbi ekspert: “Rusiya Luqanska qoşun toplayır”

Ukraynanın Luqansk vilayətində reaktiv yaylım atəş sistemləri (RSZO) də daxil olmaqla Rusiya artilleriyasının təxminən 40 vahidi qeydə alınıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində bildirib.

Hərbi ekspert Staxanov-Slavyanoserbsk rayonlarında düşmən qoşunlarının toplaşdığını deyib. Onun sözlərinə görə, silahlı bölmələrin əhəmiyyətli hissəsi “yerli özünümüdafiə qüvvələri”nin formasını geyinən Rusiyanın hərbi qulluqçularıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm