Ukraynada parlament koalisiyasının tərkibi bəlli oldu
Bizi izləyin

Dünya

Ukraynada parlament koalisiyasının tərkibi bəlli oldu

“Pyotr Poroşenkonun Bloku” (BPP) koalisiya haqqında razılaşmanın layihəsini təqdim edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, razılaşmanın layihəsi BPP-nin saytında dərc edilib.

Sənədə əsasən, Ukrayna prezidenti Pyotr Poroşenkonun partiyası baş nazir Arseniy Yasenyukun “Xalq Cəbhəsi” Partiyası və Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası ilə koalisiyanın yaradılması nəzərdə tutulur. Xəbərdə qeyd edilir ki, sənəd “Xalq cəbhəsi” və “Qarşılıqlı yardım” partiyalarının müzakirəsinə verilib.

Ukrayna Ali Radasına seçkilər 26 oktyabrda keçirilib. Son məlumata görə, bülletenlərin 98 faizi sayılıb. Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası 22,18 faiz səslə liderdir. Sonrakı yerləri “Pyotr Poroşenkonun Bloku” (21,82 faiz), Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası (11,01 faiz), "Müxalifət bloku" (9,35 faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,44 faiz) və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,69 faiz) tutur.

Seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra məlum olmuşdu ki, parlament koalisiyasının yaradılması barədə danışıqlar məhz ilk üçlükdə qərarlaşan siyasi güclər arasında aparılacaq. Dünən isə P.Poroşenko A.Yasenyuk və A.Sadovoyla sözügedən məsələnin müzakirəsi üçün görüşüb. “Pyotr Poroşenkonun Bloku” və “Xalq cəbhəsi” sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyasına da koalisiyanın mümkün iştirakçılarından biri kimi baxılması barədə bəyanatlar verməsinə baxmayaraq, “Pyotr Poroşenkonun Bloku”nun təqdim etdiyi layihə ilkin ehtimalları doğruldur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm