İki ildə bir kitab belə oxumayan mədəniyyət naziri
Bizi izləyin

Dünya

İki ildə bir kitab belə oxumayan mədəniyyət naziri

Fransanın mədəniyyət naziri Fler Pellerin son iki ildə bir bədii kitab belə oxumadığı üçün tənqidçilərin qınaq obyektinə çevrilib.

Televiziyaya müsahibəsi zamanı nazirə hazırkı Nobel laureatı Patrik Modianonun hansı kitabını xoşladığı barədə sual verilib. Məlum olub ki, mədəniyyət naziri yazıçının heç bir əsərini oxumayıb.

Fler Pellerinin sözlərinə görə, o, işinin çoxluğundan bestsellerləri oxumağa vaxt tapmır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm