Çubarov: Rusiya tatarlar arasında öz "Kadırov”unu axtarır
Bizi izləyin

Dünya

Çubarov: Rusiya tatarlar arasında öz "Kadırov”unu axtarır

“Rusiya rəhbərliyi Krım tatarlarına nəzarət edə biləcək kukla lider axtarır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov çıxış edib. Onun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları insanları təsir dairəsinə salmaq üçün Krımda təbliğat aparırlar:

“Rusiya hökuməti Krım əhalisindən sədaqət göstərməyi tələb edir. Əgər bunu etmirsizsə, siz onların düşməni olacaqsınız. Kreml Krımda çeçen ssenarisinə uyğun siyasət aparmağa çalışır. Rusiya rəhbərliyi Krım tatarlarına nəzarət edə biləcək kukla lider axtarır. Onlara Ramzan Kadırov kimi bir insan lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm